Premyer-liqada 2018-ci ilin dekabrından sonra...

12.03.2022 20:10 547
Dünya futbolu
İngiltərə premyer-liqasında fevral ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Bu nominasiyanın qalibi “Liverpul”un müdafiəçisi Joel Matip olub. Kamerunlu futbolçu azarkeşlər arasında keçirilən səsvermədə hamını qabaqlayıb.

Xatırladaq ki, Joel fevral ayında premyer-liqada meydana çıxdığı 4 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı. O, 2018-ci ilin dekabrından sonra ayın ən yaxşısı seçilən ilk mərkəz müdafiəçisidi.