• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tahir Süleymanov: "Premyer-liqa Region Liqası deyil!"

Premyer-liqa

11-03-2023, 19:0

Dünən Misli premyer-liqasının 26-cı turunda "Kəpəz" - "Zirə" matçı keçirildi.

"Football-plus.az" xəbər verir ki, qonaqlar 89-cu dəqiqədə Hamidu Keytanın vurduğu penalti qolu ilə səfərdən 1 xalla qayıtdı. Həmin epizod qalmaqala səbəb olub. Bir çoxları Kantariyanın Rəhim Sadıxova qarşı qaydanı pozmadığını düşünür. Bəziləri isə qərarın doğru olduğunu fikirləşir. Məsələ ilə bağlı fikirlərini öyrənmək üçün FİFA referisi Tahir Süleymanovla əlaqə saxladıq:

"Problem ümumi, daha genişdi.Təbii, hər turda 1-2 epizod gündəm yaradır, müzakirələr, fikirlər olur və ötüb keçir. 1-2 məşqçi etiraz səsini ucaldır, azarkeşlər üsyan edir, media, jurnalistlər, ekspertlər münasibət bildirir, problemlər isə çözülmür. Növbəti oyunlarda daha kəskin və bərbad halda özünü göstərir.

Ağacın budağını budamaqla, kəsməklə iş düzəlmir. Kökdə problem varsa, əsaslı, kompleks tədbirlər görülməli, doğru diaqnozlarla həll edilməlidi. Kök isə AFFA-nın özündə, Hakimlər Komitəsinin rəhbərliyindədi.

Bir-iki il öncə idarəçilik problemlərinin həllini VAR sistemində görürdülər, vaxt udulurdu, gecə-gündüz təbliğat aparılırdı. Frits Stuxlik 3-4 mövsüm Bakının mavi gecələrində feyziyab olub ölkəni tərk etdi, heç bir köklü irəliləyişə nail olunmadı, indi də təlimatçı statuslu Barış Şimşək VAR-la var-gəl edir. Zamanında dəfələrlə təhlillər aparmışıq, işlərin düzgün qurulmadığını əsaslandırıb bildirmişik. Təəssüf ki, öncədən qeyd olunanlar günümüzdə həyata keçməkdədi. Dərin səbəbləri var. Futbolu, hakimlik sahəsini bilməyənlər qərar verir, illərdi eksperimentlər aparılır. "Sabah"ın baş məşqçisi açıqlama verib, hakimlərin oyun tempinə necə təsir etdiyindən bəhs edib, sabah avrokuboklarda bunun mənfi təsirinin olacağını vurğulayıb, hətta referilərin təyinatına da diqqət yetirib. Peşəkardı, böyük futbolun incəliklərini, təsir qüvvəsini bilir, hər məqama diqqət edir, eyni anda səmimiliyini də göstərir, bəzi hallarda emosionallığa yol verdiyini, üzrxahlığını bildirir. Futbol emosional oyundu, nəinki tribunalar, azarkeşlər, bəzi hallarda məşqçilər, futbolçular da haqsızlıqlara dözə bilmir.

Hakimlik çətin, məsuliyyətli sahədi. Penaltilər, qırmızı, sarı vərəqələr, ofsaydlar üzdə görünən tərəflərdi. Ancaq bunların müzakirəsi ilə nə hakimlik sahəsi düzəlməz, nə də ümumi futbol inkişaf edə bilməz! Böyük futbolda xırdalıq olmur, hər element mənfi-müsbət öz təsirini göstərir. Ot örtüyü, qidalanma, vitaminləşmə, məşq, bərpa prosesi, fiziki, taktiki, psixoloji və başqa məsələlər çox önəmlidi. Premyer-liqa Region liqası deyil! Tələb Avropa futboludusa, buna uyğun kompleks addımlar atılmalıdı. Hakimlik də bu tələblərin, ümumi futbolun önəmli bir qoludu. Azərbaycan futbolunda hakimlik adına heç vaxt olmayan münbit şərait var. Hakimlərə heç bir təzyiq yoxdu, klubların əksəriyyəti dövlət xətti ilə maliyyələşir, onlarda federasiyanın göndərdikləri "başüstələr" qərarlaşıb. Heç biri də işini itirməmək üçün səsini çıxarmır. Çıxara da bilməzlər, ən azı gərək futbolu biləsən. Ancaq bəzi məşqçilər haqlı-haqsız, ehtiyac duyduqları anda münasibət bildirirlər. Çünki sonda nəticələrə cavabdeh onlar olacaq. Komandanı, məşqçi, futbolçuları ilk növbədə klub müdafiə etməlidi, bu, onların birbaşa vəzifə borcudu. Həvəskar futboldakı kimi bir məşqçi, 11 futbolçunun üzərinə yük düşməməlidi. Bir çox klub rəsmilərinin, səlahiyyəti olanların böyük futboldan anlayışı yoxdu, tapşırıqla göndərilən adamlardı. Peşəkar futbolla həvəskar futbol arasında sədd çoxdan götürülüb. Otel, avtobus, yeyib-içmək sifariş vermək üçün böyük futbol biliciliyi tələb olunmur.

"Tələb" isə, ancaq jurnalistlər, ekspertlər, azarkeşlər fikirlərini bildirməlidilər, təsadüflər isə rahat dövranlarını sürməlidirlər.
Yaxın keçmişdə AFFA rəhbərliyi ilə söhbətimdə avstriyalı Stuxlikdən sonra yenidən əcnəbi mütəxəssisin üzərində dayanılmasına, gətirilməsinə, külli miqdarda vəsaitin xərclənməsinə ehtiyac olmadığını faktlarla əsaslandırıb xüsusi vurğulamışam. Azərbaycanda artıq kifayət qədər orta nəsil beynəlxalq dərəcəli hakimlər var və bu gün də AFFA-da çalışırlar, inspektor kimi fəaliyyət göstərirlər. Onların arasından idarəçilik keyfiyyətləri olanlardan birinə üstünlük verilməsi daha doğru addım olardı. Barış Şimşək onsuz da VAR təlimatçısı kimi öncədən gətirilmişdi. Bir qoltuqda iki qarpızın tutulması cəhdi sonda indiki vəziyyəti şərtləndirib. AFFA-nın yeni baş katibi Sərxan Hacıyev ən azı nə vaxtsa əyninə hakimlik formasını geyinib, bu sahəyə bir qədər yaxın olmalı, həssas yanaşmalı, gec də olsa, zamanında deyilən məsləhətlərə önəm verməlidi. Problemlərin çözülməsi istənilirsə. Əks halda, finişə doğru daha böyük qalmaqallar yaşanacaq. Hələ Barış Şimşəyin bəxti gətirib ki, yuxarı pillərərdə, çempionluq uğrunda hər xal sayılmır, autsayderləri yola verə bilmirlər. Təsəvvür edin, 3-4 komanda çempionluq uğrunda mübarizə aparsaydı, hər klubun müstəqil sponsoru olsaydı, belə bərbad idarəçilik, VAR sistemsizliyi ilə nələr baş verərdi".


İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

13-09-2022, 18:0

Tahir Süleymanov hakimlər briqadasını qınadı - AÇIQLAMA

Yığma / Manşet

6-10-2022, 20:0

“Yaşıl meydanlarda zəif olsalar da, AFFA ideoloqları kabinet savaşlarında yığmaya iddialılardan daha güclüdülər” - Tahir Süleymanov

Aktual
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
Son xəbərlər
  • Bu gün, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Bu gün, 20:10
    Madridi tərk edəcək
  • Bu gün, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 19:09
    İspaniya klubunda istefa
  • Bu gün, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Bu gün, 18:00
    Milli komandada yeni müqavilə
  • Bu gün, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Bu gün, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Bu gün, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 193
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 183
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 167
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə