İtaliyada "Napoli" ilə "Ayaks"ı arasında keçirilən Çempionlar Liqasının oyunu ərəfəsində azarkeşlər arasında insident baş verib.
Qonaq komandanın tərəfdarlarından biri məskunlaşdığı otelin önündə neapollu fanatın bıçaqlı hücumuna məruz qalıb. Müxtəlif dərəcəli xəsarətlər alan azarkeş dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.