UEFA Çempionlar Liqasında baş verənlərlə bağlı təhqiqata başladı

17.09.2022 16:37 386
Dünya futbolu
UEFA Marseldə keçirilən oyundakı insidentlə bağlı təhqiqata başlayıb.

Football-plus.az xəbər verir ki, buna Çempionlar Liqasının “Marsel” – “Ayntraxt” matçında (0:1) yerli və qonaq azarkeşlərin yolverilməz hərəkətləri səbəb olub.

Almaniyanın Frankfurt şəhərindən gələn iki fanat matçdan əvvəl nasist salamı verib. Həm “Marsel”in, həm də “Ayntraxt”ın bəzi tərəfdarlarının fişəngdən istifadə etməsi, həmçinin meydana yad əşyalar atması da araşdırılır.