UEFA Marseldə keçirilən oyundakı insidentlə bağlı təhqiqata başlayıb.
Buna Çempionlar Liqasının “Marsel” – “Ayntraxt” matçında (0:1) yerli və qonaq azarkeşlərin yolverilməz hərəkətləri səbəb olub. Almaniyanın Frankfurt şəhərindən gələn iki fanat matçdan əvvəl nasist salamı verib. Həm “Marsel”in, həm də “Ayntraxt”ın bəzi tərəfdarlarının fişəngdən istifadə etməsi, həmçinin meydana yad əşyalar atması da araşdırılır.