“Napoli” A seriyasının 23-cü turunun “Sassuolo” ilə səfər oyununda 2:0 hesabı ilə qalib gəlib.
Luçano Spallettinin komandası bu qələbə ilə xalını 62-yə çatdıraraq liderliyini bir qədər də möhkəmləndirib. Amma qələbə neapollulara Viktor Osimheni itirmək bahasına başa gəlib. Komandanın 2-ci qolunu vuran nigeriyalı hücumçu 84-cü dəqiqədə sağ ayağından zədə alaraq meydanı tərk edib. Onun Çempionlar Liqasının 1/8 finalının Frankfurtda “Ayntraxt”a qarşı oynayacağı sual altındadı.
Osimhen 19 oyuna vurduğu 18 qolla A seriyasının ən yaxşı bombardiridi.