"Qarabağ" dünya reytinqində 91-cidi

10.10.2022 11:29 343
Ölkə futbolu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

"Footbal-plus.az" xəbər verir ki, 305 komandanın yer aldığı siyahıda Azərbaycandan yalnız "Qarabağ" yer alıb.

"Atlılar" 130,5 xalla 91-ci sırada qərarlaşıb.

Siyahının ilk pilləsində 308 xalla Braziliyanın "Palmeyras" klubu yer alıb.