• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qəbələ” – “Qarabağ” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Reportaj

9-03-2023, 15:0

Qəbələ şəhər stadionun durumu və hava oyunun keçirilməsi üçün ideal idi.

“Qarabağ”ın gəlişi azarkeşlərə də təsir etmişdi. Düzdü, protokolda 1200 nəfər qeyd olunub. Amma azarkeş sayının bundan bir qədər artıq olduğu görünürdü.

Görüş maraqlı məcrada başladı. Hər iki komanda ilk dəqiqələrdə açıq futbol sərgiləyirdi. “Qəbələ”də Renatonun yoxluğu müdafiədə problem yaradırdı. Zubir – Şeydayev – Qurbanlı “üçlüy”ü “qırmızı-qaralar”ın arxa xəttinə çətin anlar yaşadırdı. Qapı istiqamətinə ilk zərbəni də “köhlən atlar” vurdu. Matçın ilk dəqiqəsində Zubir reyd edərək Səlahətin sayıqlığını yoxladı. İlk yarım saat ərzində ərazi üstünlüyü ağdamlılarda olsa da, hesabı “Qəbələ” açdı. Cərimə zərbəsindən sonra “Qarabağ”ın müdafiəsi səhvə yol verdi. Alimi Şeydayevdən qayıdan topu qapıdan keçirdi. Ağdamlılar oyuna meydanın mərkəzindən başlayandan sonra penalti vurmaq hüququ əldə etdi. Məqsəd cərimə meydançasında Elvini itələyərək yerə sərdi. Kamal Umudlu oyunu davam etdirsə də, VAR-ın müdaxiləsindən sonra 11 metrlik cərimə zərbəsi təyin etdi. Topun arxasına keçən Şeydayev hesabı bərabərləşdirdi.

İkinci hissəyə “köhlən atlar” üstün başladı. “Qarabağ” Elmar Baxşıyevin komandasının taktikasını anlamışdı. Ağdamlıların müdafiəçiləri “qırmızı-qaralar”ın hücum xəttinə rahat oynamağa imkan vermirdi. 56-cı dəqiqədə Qurban Qurbanovun komandası hesabda önə keçdi. Alimidən topu “oğurlayan” Musa Andradeyə ötürmə etdi. Kabo Verdelinin ara ötürməsindən sonra isə forvard özü hücumu qolla tamamladı.

Bundan sonra “Qəbələ”nin futbolçuları bir qədər fəallıq göstərməyə başlamışdı ki, müdafiədəki səhvlər komandaya baha başa gəldi. 64-cü dəqiqədə Elvinin ötürməsindən sonra top cərimə meydançasında Muradın əlinə dəydi. Kamal Umudlu yenə “davam” desə də, VAR-a nəzarət edən Rəşad Əhmədov fərqli fikirdə idi.

Mingəçevirlinin təkidi ilə baş hakim epizodu yenidən izləyərək penalti təyin etdi. Topun arxasına keçən Ramil dublunu rəsmiləşdirdi. Bundan sonra Elmar Baxşıyev bəzi dəyişikliklər etdi. O, jokeri Ülvini meydana buraxdı. Hücumçu 79-cu dəqiqədə fərqləndi. Lakin həm yan xətt, həm də VAR hakimləri oyundankənar vəziyyət qeydə aldı. Matçın son dəqiqəsində Ülvinin müdaxiləsindən sonra top Elvinin əlinə dəydi. Kamal Umudlu yenə penalti təyin etdi. Bu dəfə isə VAR-da əyləşən Rəşad Əhmədov topun Elvinin əlinə dəymədiyini bildirərək, baş hakimin qərarını dəyişməsini istədi.

Beləliklə, maraqlı və sürətli keçən görüşdə “Qarabağ” “Qəbələ”ni 3:1 hesabıyla məğlub etdi.

Gözdən qaçmadı

* Görüş başlamamış Qəbələ şəhər stadionunda elektrik enerjisi kəsildi. Dərhal generatorlar işə düşdü. Enerjinin verilməsi matçın başlamasına 20 dəqiqə qalmış bərpa olundu.

* “İmarət Tayfa” fanklubunun Qəbələyə gəlməməsi diqqətdən yayınmadı.

* Hakimin start fitindən öncə “Qarabağ Ordu” fanklubu Luka Quqeşaşvilinin adını xüsusi səsləyərək alqışladı.

Maraqlıdı...

// Qurban Qurbanov baş məşqçi karyerasında 700-cü oyununu keçirib. 51 yaşlı mütəxəssisin yubileyi “Qəbələ” ilə görüşə təsadüf edib. Bu, Qurbanovun bütün komandalarda və turnirlərdə ümumilikdə 700-cü matçı kimi tarixə düşüb. Burda cəza və ya digər səbəbdən texniki zonadan yox, kənardan yetirmələrinə rəhbərlik etdiyi görüşlər də nəzərə alınıb. Qurbanov baş məşqçi karyerasına 2006-cı ilin yayında başlayıb. O, karyerası ərzində üç komandaya rəhbərlik edib. “Qarabağ”dan başqa, “Neftçi”də 38, millidə 12 oyunda iş başında olub. “Qəbələ” ilə qarşılaşma həm də “Qarabağ”ın “sükanı arxasında” 650-ci oyun olub. Mütəxəssis 2008-ci ilin yayından çalışdırdığı Ağdam klubunu səfər matçına qədər 649 görüşə çıxarmışdı. Qeyd edək ki, Qurbanovun baş məşqçi kimi debütü 2006-cı il avqustun 6-da reallaşıb. Onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib. Mütəxəssis bundan 2 il 3 gün sonra “Qarabağ”da debüt edib. Ağdamlılar səfərdəki çempionat matçında “Bakılı”ya qalib gəlib – 2:1.

// “Qarabağ” Azərbaycan çempionatlarında 1400-cü qolunu vurub. Bu, 25-ci tura təsadüf edib. 1992-ci ildən keçirilən çempionatın daimi iştirakçısı “Qəbələ” ilə səfər oyununa qədər 1398 dəfə fərqlənmişdi. Qəbələ şəhər stadionunda qonaqların vurduğu ikinci top 1400-cü kimi tarixə düşüb. Yubiley qolunun müəllifi Musa Qurbanlı olub. “Qarabağ” ölkə çempionatında 1400 və ya daha çox qol vuran ikinci komandadı. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalan “Qarabağ” 878-ci matçında yubileyə nail olub. Qol sayını 1401-ə çatdıran komandanın orta məhsuldarlığı 1,60-a bərabərdi. Qeyd edək ki, “Qarabağ”ın ölkə çempionatlarındakı ilk qolunu 1992-ci il mayın 3-də Mehman Alışanov vurub. Sabirabad “İnşaatçı”sı ilə ev görüşündə fərqlənən futbolçu həm də yarışın tarixində ümumilikdə ilk qolun müəllifidi.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

7-02-2023, 18:0

“Zirə” – “Qəbələ” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

21-02-2023, 20:0

“Qəbələ” – “Sumqayıt” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

14-03-2022, 13:0

Qəbələdə hesab açılmadı - YENİLƏNİB

Aktual
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Son xəbərlər
  • Bu gün, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Bu gün, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Bu gün, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Bu gün, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Bu gün, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Bu gün, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Bu gün, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Bu gün, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Bu gün, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Bu gün, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Bu gün, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Bu gün, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Bu gün, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
  • Bu gün, 08:52
    Səidcəmşid və Murad yarımfinalda - Dünya kuboku
  • Bu gün, 08:30
    “Bəlkə də İtaliya 64 komandalı turnirə vəsiqə qazanacaq...” - DÇ-nin zarafatı
  • Bu gün, 08:08
    Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası
  • Bu gün, 08:00
    PFL qalibləri mükafatlandırdı - "Ayın qolu"
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə