"Football-plus.az" xəbər verir ki, 2020-nin oktyabrından bəri prezident vəzifəsini icra edən Tatar martın 8-də bir məktəbin həyətində şagirdlərlə futbol oynayıb.
62 yaşlı siyasətçi əvvəlcə baxımlı qol vurması ilə diqqət çəkib. Amma Tatar bir müddət sonra kuryoz duruma düşüb. O, cinah asması zamanı başla qol vurmaq istəyərkən yerə yıxılıb! Üstəlik Tatar dirəyə çırpılmaqdan və xəsarət almaqdan son anda qurtulub.
Yerə yıxıldığı anın videosunun sosial şəbəkələrdə müzakirələrə yol açmasının ardından Tatar bununla bağlı açıqlama verib:
''Şagirdlərlə bir araya gəlib futbol oynayarkən yıxılmağım bəzi xəbər saytları və səhifələri tərəfindən böyük hadisə kimi paylaşılıb. Futbol oynayarkən yıxılmaq normaldı. Eybi yox, olsun, mən yenə gənclərlə oynayım və yenə yıxılım, yenə qalxım''.
Videonu buradan izləyə bilərsiniz.




