Football-plus.az xəbər verir ki, "Tottenhem''in şərəfini qoruyan 25 yaşlı forvard Braziliya mətbuatına verdiyi müsahibədə ''karyeranı bitirdikdən sonra nə etməyi planlaşdırırsan'' sualına belə cavab verib:
''Özümə bir ada olacam. Bir qrup xanım dostlarımla orda yaşayacam. Ronaldinyonun məhşur bir şəkili var idi. Mən də o cür formada qızlarla şəkil çəkdirəcəm''.
Karyerasını bitirdikdən sonra futbol sahəsində qətiyyən qalmayacağına işarə vuran Rişarlisonun bu sözləri sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Qeyd edək ki, uzun illər öncə Ronaldinyonun bir şəkili böyük populyarlıq qazanmışdı. O, öz villasının hovuzunda 5 xanımla birlikdə şəkil çəkdirmişdi. Bu yay 58 milyon avro qarşılığında ''Everton''dan ''Tottenhem''ə transfer olunan Rişarlisonun London klubunda 15 rəsmi oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə fərqləndiyini bildirək.

