"İmişli"nin baş məşqçisi AFFA İcraiyyə Komitəsinin qərarından razıdı? - AÇIQLAMA

8.03.2023 20:36 620
I liqa / Manşet
Dünən AFFA İcraiyyə Komitəsinin yeni qərarları açıqlandı. Həmin qərarlar əsasən növbəti mövsümlə bağlıdı.

Belə ki, 2023/24 mövsümündə 1-ci divizionda əvəzedici komandaların çıxışına icazə verilməyəcək. Yarışda müstəqil komandalar təmsil olunacaq və klubların sayı artılacaq. Əvəzedicilərin çempionatı isə ayrı olacaq. Həmçinin divizion təmsilçilərinin hərəsinə AFFA tərəfindən 300 min manat yardım da olunacaq.

İcraiyyə Komitəsinin son qərarlarıyla bağlı Ruhid Usubovla əlaqə saxladıq. "İmişli"nin baş məşqçisi "Football-plus.az" saytına bunları söylədi:

"Gözəl qərardı. Düşünürəm ki, ölkə futbolunun inkişafına xidmət edəcək. 1-ci divizionda müstəqil klubların yer alması nəticəsində çempionatda rəqabət, maraq artacaq. Bölgələrdə futbol inkişaf edəcək. AFFA-nın bundan sonra da Azərbaycan futbolunun inkişafı üçün gözəl addımlar atacağına inanıram".


ABDULLA İSMAYILOĞLU