İngiltərənin həvəskarlar liqasında üzücü hadisə baş verib.
"Football-plus.az" xəbər verir ki, “Kroulend Taun” klubunun oyunçusu Maykl Palmer “Leverinqton”la oyun zamanı dünyasını dəyişib.
Klubun saytının xəbərində 23 yaşlı futbolçunun huşunu itirərək qazona yıxıldığı və bir daha ayılmadığı bildirilib. Qeyd edək ki, “Kroulend Taun” Piterporo Liqasında çıxış edir. Bu, İngiltərədə həvəskar komandaların yarışdığı turnirlərdən biridi.