Dünya çempionatında məyusedici hadisə baş verib.
Football-plus.az xəbər verir ki, İranla matçı izləyən Uels yığmasının azarkeşi dünyasını dəyişib.
“Daily Mail”in məlumatına görə, 62 yaşlı azarkeş oyuna oğlu və dostları ilə gəlib. Matç zamanı tərəfdarın ölüm səbəbinə aydınlıq gətirilməyib. Xatırladaq ki, Uels millisi noyabrın 25-də İrana 0:2 hesabı ilə uduzmuşdu.