“Atletiko”nun mütləq rekordçusu oldu

5.03.2023 16:30 214
Dünya futbolu
Dieqo Simeone artıq “Atletiko”nun mütləq rekordçusudu.

"Football-plus.az" xəbər verir ki, “Sevilya” ilə matç (6:1) onun komandanın baş məşqçisi kimi bütün turnirlərdə 613-cü sınağı olub. Argentinalı Luis Araqonesi (612) arxada qoyaraq madridliləri oyunlara ən çox çıxaran mütəxəssis olub.

Simeone “Atletiko”ya 2011-ci ildən başçılıq edir. O, komandanı 2014 və 2021-ci illərdə İspaniya çempionluğuna daşıyıb.