Luis Enrike milli komandanı hansı kluba dəyişəcək?

10.11.2022 12:29 367
Dünya futbolu
“Atletiko”nun Çempionlar Liqasının pley-offuna vəsiqə qazana bilməməsi Dieqo Simeone ilə bağlı şayiələri artırıb.

Football-plus.az xəbər verir ki, İspaniya mənbələri onun tezliklə istefaya göndəriləcəyini və yerinə Luis Enrike Martinesin təyinat alacağını iddia edir. Madrid klubunun artıq İspaniya yığmasının çalışdırıcısı ilə təmas qurduğu bildirilir. Onun DÇ-2022-nin final mərhələsindən sonra milli komandanı tərk etmək ehtimalı çoxdu. Yerli mənbələr “Atletiko”nun baş direktoru Xil Marinin Luis Enrikenin təyinatında çox maraqlı olduğunu vurğulayır.

Xatırladaq ki, Simeone “Atletiko”nu 2011-ci ildən çalışdırır. Komanda onun dövründə avrokuboklarda ilk dəfə qrup mərhələsini adlaya bilməyib.