Misli premyer-liqasında 24-cü tura yekun vuruldu. Dünən baş tutan “Qarabağ” - “Neftçi” görüşü 1:1 hesabı ilə bitdi.
Sevimli komandalarını meydanda tək qoymayan “İmarət tayfa” azarkeş qrupunun fəalı Elnur Quliyevdən matç haqda fikir öyrəndik. Onun “Football-plus.az”a söylədiklərinə keçid alaq:
“Komandanın oyunu xoşuma gəlmədi. Dumanlı hava şəraiti və futbolçuların yorğunluğu performansa mənfi təsir etdi. Xal itirdiyimizi düşünürəm. “Qarabağ” bu matçda qələbə qazanmalıydı. Qurban Qurbanovun işin sirrini öyrətdiyi və fanatların qəlbini fəth edən futbolçular heyətdə saxlanılmalıdı. Əsk halda, görürük ki, rəqabət azalır. Özünü yaxşı tərəfdən göstərən futbolçuların satılması, yeni gələnlərin nə vəd etdiyini hələ də bilməməyimiz azarkeşlərdə narahatlıq yaradıb. Buna baxmayaraq, komandanın yoluna məğlubiyyətsiz davam etməsi və liderliyini qoruması bizi sevindirir”.
KƏNAN BAHADIR