Bu gün turun mərkəzi oyunu, daha dəqiq desək, Azərbaycan derbisi keçiriləcək. Əlbəttə, “Qarabağ”la “Neftçi”nin dueli, rəqiblərin durumundan asılı olmayaraq, xüsusi maraqla gözlənilir. Bu dəfə də istisna deyil. Elə komandalara könül verən azarkeş qrupları da həmişəki kimi tribunada yerini alacaq.
"Football-plus.az" olaraq qarşılaşma və hazırlıq ilə bağlı "İmarət Tayfa"nın idarə heyətinin üzvü Elnur Quliyevin fikirlərini öyrəndik:
“Həmişə olduğu kimi stadionda, “Qarabağ”ımızın yanında olacağıq. Tribunalara daha çox tamaşaçı cəlb etmək üçün qrup olaraq fəal çalışırıq. Ətrafımızda və internet üzərində apardığımız təbliğat sayəsində artıq daha çoxuq, daha güclüyük. İnanırıq ki, “Qarabağ” qalib gələcək. Qələbə vacibdi. Konfrans Liqasındakı məğubiyyətdən sonra buna ehtiyacımız var”.
KƏNAN BAHADIR


