“Kalqari”nin hücumçusu Elias Lindholm komandasının srağagün “Arizona”ya qalib gəldiyi oyunda qol və məhsuldar ötürmə ilə yadda qaldı.
Bununla da isveçli MHL-də keçirdiyi 719-cu oyunda xal sayını 500-ə (198+302) çatdırdı. Lindholm fəaliyyətdə olan isveçli hokkeyçilər arasında bu həddə çatan 8-ci şəxsdi.
Əvvəllər Filip Forsberq (511), Patrik Hernkvist (543), Qabriel Landeskuq (571), Mika Zibanejad (575), Viktor Hedman (641), Erik Karlsson (736) və Niklas Bekstrem (1019) 500 xal toplamağı bacarıb.
Lindholm 500 xal həddinə çatan 8-ci isveçlidi
İdman




