"L’Equipe" nəşri 2022-ci ilin ən yaxşı idmançısının adını açıqlayıb.
Footbal-plus.az xəbər verir ki, Lionel Messi bu nominasiyada qalib olub. PSJ-nin digər üzvü Kilian Mbappe ikinci sırada yer alıb. Rafael Nadal isə 3-cü pillədə qərarlaşıb.
İlk "10-luq" yer alanlar:
Tam siyahı belə görünür:
1. Lionel Messi (futbol, 808 səs)
2. Kilian Mbappe (futbol, 381 səs)
3. Rafael Nadal (tennis, 285 səs)
4. Remko Evenepul (velosiped sürmə, 252 səs)
5. Maks Ferstappen (Formula-1, 196 səs)
6. Kərim Benzema (futbol, 195 səs)
7. Armand Duplantis (atletika, 185 səs)
8. Stephen Curry (basketbol, 139 səs)
9. Antuan Düpon (reqbi, 105 səs)
10. David Popoviç (üzgüçülük, 98 səs)