"Bizim üçün çətin olacaq" - "Gent"in futbolçusu

15.02.2023 22:15 260
Manşet / Konfrans Liqası
Konfrans Liqasında pley-off mərhələsinə start verilir.

Sabah "Qarabağ" "Gent"i qəbul edəcək. Oyundan öncə belçikalıların futbolçusu Endryü Hülsager mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:

"Sabahkı matçda komandama köməklik etməyə hazıram. Nəticə üçün əlimizdən gələni etməliyik. Bizim üçün çətin olacaq. Rəqib evdə və səfərdə yaxşı mübarizə aparır".