Qış fasiləsindən öncə ölkə futbolu ilə bağlı dəyişiklik oldu.
Football-plus.az xəbər verir ki, PFL "İnsports TV" ilə əməkdaşlığa başladı ki, oyunlar internet üzərindən burda daha keyfiyyətli yayınlansın. Söhbət premyer-liqa və 1-ci divizion matçlarından gedir.
Lakin yazılanlardan və şikayətlərdən belə qənaətə gəlmək olar ki, şirkət PFL-i yola verir. Belə ki, oyunların yayını zamanı problemlər yaranır. Proqramın keyfiyyəti aşağıdı. Qurumun Azərbaycan futbolunu yola verdiyini bugünkü yayın proqramında da görə bilərsiz. 1-ci divizionun 18-ci turunda "İmişli" ilə MOİK üz-üzə gələcək. "İnsports TV"də isə görüş "Mil" - MOİK matçı olaraq göstərilib. Bu azmış kimi, "İmişli"nin loqosunun əvəzinə "MKT Araz"ın emblemi yer alıb.
Burdan iki qənaətə gəlmək olar: ya "İnsports TV" bizimlə məzələnir, ya da PFL-i yola verir. Hansının olduğuna özünüz qərar verin.
