“Nyukasl” premyer-liqada məğlubiyyətsiz oyunlar seriyasını 14-ə çatdırdı.
Football-plus.az xəbər verir ki, sonuncu dəfə avqustun 31-də “Liverpul”a uduzan “sağsağanlar” həmin vaxtan bəri 9 qələbə qazanıb, 5 oyunda heç-heçə edib. 14 məğlubiyyətsiz oyun – hazırda “böyük beşlik” komandaları arasında ən yaxşı seriyadı.
Qeyd edək ki, çempionatın 20-ci turunda “Nyukasl” “Fulhem”i 1:0 hesabı ilə məğlub edib.