Ramal Hüseynov da Türkiyədə legioner həyatı yaşayan futbolçularımızdandı. Bu üzdən onun Mahir Emrelinin keçidinə münasibəti maraqlı olardı.
Ramal football-plus.az saytına keçid haqda danışdı:
“Mahirin Türkiyəyə keçidindən xəbərim var. “Konyaspor” camiəsi böyük ailədi. Orda oynamaq, transfer olunmaq da sevindirici haldı. Türkiyə çempionatında oynamaq çox çətindi. Gərək ab-havaya uyğunlaşasan. Bunu bacardınsa, başqa çətinliyin olmayacaq. Olduğun camiənin ağırlığını hiss etməlisən. Məncə, Mahir bunu bacaracaq. Artıq Avropa görmüş futbolçudu. Bu səbəbdən də gərək nizam-intizama əməl etsin. Bu olsa, daha böyük klublara keçmək şansı var. Düşünürəm ki, Mahirin nizam-intizamı yüksək səviyyədə olmalıdı. Məncə, elə bir insandı, Avropanı görüb. Artıq necə davranmalı olduğunu daha yaxşı bilir. İnşallah, daha səviyyəli klublarda çıxış edərək bizi sevindirər”.