PSJ-nin oyunçuları klubun transfer siyasətindən narazıdı?

19.02.2023 17:30 262
Dünya futbolu
PSJ-nin bəzi oyunçuları klubun transfer siyasətindən narazıdı ki, bu da paltardəyişmə otağında gərginliyə səbəb olur. Bu iddia ilə Fransanın aparıcı idman nəşri “L'Equipe” çıxış edib.

Parislilərin aparıcı oyunçuları klub rəhbərliyinin Leandro Paredes, İdrissa Gey və Yulian Draksleri buraxıb, onların əvəzinə Vitinya, Fabian Ruis və Karlos Soleri gətirməsinin səbəbini anlamırlar. Futbolçular həmçinin Uqo Ekitike ilə müqavilə imzalanmasından narazıdılar. Onların fikrincə, Ekitikenin gördüyü işi PSJ-nin akademiyasının yetirməsi Arno Kalimuendo artıqlamasıyla görərdi.

Bir neçə gün əvvəl isə PSJ-nin baş məşqçisi Kristof Qaltyenin artıq martın əvvəlində zəif nəticələr üzündən postunu itirə biləcəyi haqda xəbər yayılıb.