“Forbes” jurnalı amerikalı qolfçu Tayger Vudsun sərvətini 1 milyard dollardan artıq qiymətləndirib.
Beləcə 46 yaşlı amerikalı idman tarixinə bu məğləği qazanan üçüncü şəxs kimi düşüb. Ona qədər amerikalı basketbolçular – Maykl Cordan ilə Lebron Ceyms də milyarder elan olunmuşdu. Jurnalın hesabatında o da qeyd olunur ki, qolfçu sərvətinin 90 fazini reklam müqavilələri hesabına əldə edib. Vuds “Meycor” turnirlərinin 15 qat qalibidi.