Həndbol məşqçiləri təlimatlandırıldı

16.02.2023 11:34 234
İdman
Azərbaycan Həndbol Federasiyası (AHF) regionlarda fəaliyyət göstərən məşqçilər üçün ikigünlük seminar keçirib.

"AHF Arena"da təşkil olunan tədbirdə ölkənin müxtəlif rayonlarından gələn məşqçi-müəllimlər iştirak edib. AHF-nin idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov məşqçiləri salamlayıb, federasiyanın Gənclər və İdman Nazirliyi ilə birgə iş planı barədə məlumat verərək yarış təqviminin tərtib olunduğunu diqqətə çatdırıb. Lazım olan inventar, vəsait barədə müzakirələrdən sonra qarşıda duran hədəflərdən danışılıb.

Həmçinin məşqçilərə hazırlıq prosesinin axarını federasiyaya təqdim etmələri tapşırılıb, 2008-10-cu il təvəllüdlü oğlanlar arasında zona yarışının martın 23-də Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcəyi bildirilib. Seminar zamanı tədbir iştirakçıları üçün toplar və sertifikatlar təqdim olunub. Yeni təmir olunan "AHF Arena" ilə tanışlıqdan sonra Azərbaycan çempionatının oyunları izlənilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul