Şvaynştayger üçüncü dəfə ata olacaq

14.02.2023 23:50 217
Dünya futbolu
Dünyanın sabiq bir nömrəli qadın tennisçisi Ana İvanoviş əri, sabiq futbolçu Bastian Şvaynştagerlə birə üçüncü dəfə valideyn olacaqlarını xəbər verib.

O, sosial şəbəkə hesabına bu sözləri yazmaqla gördüyünüz fotonu da əlavə edib: “İndi mən və Bastian rəsmi şəkildə azlıqda qalacağıq”. Məşhur idmançılar 2016-nın iyulunda nigah bağlayıb. 2018-də ailədə ilk oğlan – Luka, 2019-da isə ikinci oğlan – Leon dünyaya gəlib.