Müller Matteusa çatacaqmı?

5.06.2022 12:37 460
Dünya futbolu
Almaniya yığmasının yarımmüdafiəçisi Tomas Müller Millətlər Liqasında İtaliyaya qarşı oyunda (1:1) milli forma geydiyi matçların sayını 113-ə çatdırdı.

“Bavariya”nın xavbeki oyun sayında Filipp Lam ilə bərabərləşməklə yığma tarixində 5-ci yerə yüksəldi. Bu mənada bundestimin rekordçusu 150 oyunla Lotar Matteusdu. “Top-4”ə Miroslav Kloze (137), Lukas Podolski (130) və Bastian Şvaynştayger (121) də daxildi.