• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah” “Qəbələ”yə yaxınlaşmaq imkanını qaçırdı - TURUN ŞƏRHİ

Ölkə futbolu / Manşet

19-04-2022, 11:0

Premyer-liqanın 23-cü turunun ilk qarşılaşması bölgədə baş tutdu.

Avrokuboklara iddialı “Qəbələ” autsayderlər sırasında yer alan “Sumqayıt”ı qonaq edirdi. Ardıcıl 5 oyunda qələbəyə hərət qalan Elmar Baxşıyevin komandasının “kimyaçılar”ı çətinlik çəkmədən məğlub edəcəyini düşünənlərin sayı çox olsa da, əksi yaşandı. “Qəbələ” son anda yenilgidən xilas oldu. Düzdü, oyundan sonra 2-ci hissədə qonaqların qapısına verilməyən penalti çox söz-söhbət doğurdu, mübahisə mövzusuna çevrildi. Ancaq bu narazılıq nəticəni dəyişmədi və fakt budu ki, “Qəbələ” ardıcıl 6-cı matçda qələbə qazana bilməməklə azarkeşlərini üzdü.

Günün ikinci oyunu Suraxınada keçirildi. De-yure olmasa da, de-fakto çempionluğu təmin edən “Qarabağ” bir həftə əvvəl yeni ad altında meydana çıxan “Şamaxı” ilə qarşılaşırdı. 30 ildən sonra ölkənin futbol ailəsinə dönən “Şamaxı” ötən həftənin cümə bəlkə də yeni tarixinin ən qara gününü yaşadı. Ağdamlılar artıq ilk hissədə rəqibi 7 dəfə cəzalandırmaqla oyunun taleyini faktiki həll etdi. Fasilədən sonra sanki rəqibə güzəşt edən “köhlən atlar” Namaşkonu cəmi bir dəfə topu tordan çıxarmağa məcbur etdi. Yeri gəlmişkən, 8:0 “Qarabağ”ın tarixinə ən böyükhesablı qələbə kimi düşdü.

Ardıcıl 4 oyunda 3 xala həsrət qalan “Zirə”, nəhayət, “Səbail”lə matçda qələbə qazanmaqla azarkeşlərini sevindirməyi bacardı. Rəşad Sadıqovun komandası ilk yarıda iki qol vurmaqla böyük ölçüdə qarşılamanın taleyini həll etdi. Həftəiçi ölkə kubokunun yarımfinalında “Neftçi” ilə qarşılacaq “qartallar” fasilədən sonra bir qədər süst görünsə də, 90+5-ci dəqiqədə qapısında qol görsə də, oyunu qalib başa vurmaqla bir gün əvvəl heç-heçə edən “Qəbələ”dən bir qədər də aralandı. Artıq 3-cü pillədə qərarlaşan “Zirə” ilə bölgə təmsilçisi arasında 4 xallıq fərq var. Meydan sahiblərinin heyətində dublla yadda qalan Keytanı xüsusi fərqləndirmək lazımdı. Qəsəbə təmsiulçisinin qış fasiləsində heyətinə qatdığı ucaboy futbolçu irəlidə universallığı ilə seçilir və çempionatın bombardiri Volkovun “ayağının bağlandığı” məqamda komandanın əsl liderinə çevrilib. “Zirə” buy ay Konfrans Liqasında iştirak edəcəyi təqdirdə Keytanın kollektivin əsas siması olacağı artıq heç kimdə şübhə doğurmur.

Və turun son qarşılaşması - hamının maraqla gözlədiyi “Neftçi” – “Sabah” görüşü. Son 3 oyunu qələbə ilə başa vuran “tələbələr” “Bakcell Arena”dan da 3 xalla ayrılmağı qarşıya məqsəd qoymuşdu. Bir gün əvvəl “Qəbələ”nin heç-heçə oynaması Murad Musayevin komandası üçün 4-cü pilləyə yüksəlmək baxımından əlavə motivasiya idi. Ancaq Samir Abasov və yetirmələri bərbad oyunla da olsa, ardıcıl 7-ci matçda uğur qazanmaqla bəlkə də “Sabah”ı avrokubokdan kənarda qoydu. Onu da qeyd edək ki, bu oyunların 6-dan qalib ayrılan “ağ-qaralar” yalnız bir görüşdə “sülh bağlayıb”. Qonaqlar xüsusilə 2-ci hissədə meydan sahiblərinin qapısına “oturmaqla” yadda qaldı. Ancaq ilk yarıdakı avtoqolun əvəzini çıxmaq mümkün olmadı. Abasov oyunsonrası mətbuat konfransında “qələbənin pisi, yaxşısı olmur” deməklə bir növ rəqibin daha yaxşı təsir bağışladığını etriaf etsə də, 3 xala görə futbolçularına təşəkkür etməyi də unutmadı.

Sonda bombardirlər siyahısında artıq ikihakimiyyətliliyin yarandığını da vurğulayaq. Uzun müddət ən sərrast futbolçular siyahısına təkbaşına başçılıq edən Volkov artıq liderliyi “Şamaxı” ilə matçda dublla yadda qalan Ozobiçlə bölüşmək məcburiyyətindədi.

Azərbaycan premyer-liqası
4-cü dövrə, 23-cü tur
15 aprel


Qəbələ - Sumqayıt 1:1
Qarabağ – Şamaxı 8:0
16 aprel
Zirə - Səbail 2:1
Neftçi – Sabah 1:0

1.Qarabağ 22 17 4 1 57-11 55
2. Neftçi 23 13 5 5 38-25 44
3. Zirə 23 11 6 6 31-24 39
4. Qəbələ 23 9 8 6 32-31 35
5. Sabah 23 10 2 11 31-29 32
6. Şamaxı 23 5 5 13 24-41 20
7. Sumqayıt 22 3 6 13 13-36 15
8. Səbail 23 4 2 17 17-46 14

Bombardirlər: Volkov (Zirə), Ozobiç (Qarabağ) - 10, Mikels (Sabah) - 9, Zubir, Vaci (hər ikisi "Qarabağ") - 8.

Növbəti turun oyunları: 24 aprel – Qəbələ - Qarabağ, Sumqayıt – Zirə, Səbail – Neftçi, sabah – Şamaxı.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

12-04-2022, 13:0

“Qarabağ” avrokuboklara vəsiqəni təmin etdi

Premyer-liqa

8-04-2022, 17:0

"Qarabağ" - "Şamaxı" matçının vaxtı bəlli oldu

Manşet / Yazarlar

14-05-2022, 10:0

Avrokubok mübarizəsi: son iki yerə üç namizəd! - TƏHLİL

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Bu gün, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Bu gün, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Bu gün, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Bu gün, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Bu gün, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Bu gün, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Bu gün, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Bu gün, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Bu gün, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Bu gün, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Bu gün, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Bu gün, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Bu gün, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Bu gün, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Bu gün, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Bu gün, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Bu gün, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Bu gün, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Bu gün, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Bu gün, 10:20
    Milandan Turinə yollana bilər
  • Bu gün, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
Daha çox
Oxunub: 305
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə