Növbəti oyunların vaxtı müəyyənləşdi

13.02.2023 11:56 270
İdman
Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı dəqiqləşib.

Football-plus.az xəbər verir ki, kişi voleybolçuların Yüksək Liqasında III dövrənin oyunlarına fevralın 14-də start veriləcək. Günün ilk qarşılaşması saat 16:00-da “Murov” və “Neftçi” komandaları arasında olacaq.

Daha sonra “Xarı bülbül” və MOİK kollektivləri meydana çıxacaqlar. Bu görüş isə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, VII turun oyunları Voleybol Mərkəzində təşkil olunacaq.