2-ci dövrənin başlama vaxtı bəlli oldu

28.01.2023 18:16 242
İdman
Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçiriləcəyi vaxt dəqiqləşib.


Football-plus.az xəbər verir ki, liqada 2-ci dövrəyə yanvarın 30-da start veriləcək. Həmin gün 4-cü tur çərçivəsində “Murov” - “Azərreyl” və UNEC - “Abşeron” matçları baş tutacaq. Görüşlər müvafiq olaraq saat 16.00-da və 18.00-da start götürəcək.

Yanvarın 31-də isə kişi voleybolçuların Yüksək Liqasında 2-cü turdan təxirə salınan “Neftçi” - “Xarı bülbül” oyunu keçiriləcək. Bu qarşılaşma isə saat 16.00-da başlanacaq.

Qeyd edək ki, qarşılaşmalar Voleybol Mərkəzində təşkil olunacaq.