“Qəbələ”nin sabiq rəsmisi “Turan Tovuz”da

12.02.2023 12:11 754
Premyer-liqa / Manşet
2010-2019-cu illər aralığında “Qəbələ”nin Marketinq və Media Departamentinin rəhbəri vəzifəsində çalışmış Səməd Nəsibov 4 illik fasilədən sonra yenidən futbola dönüb.

“Fooball-plus.az” məlumatına görə “qırmızı-qaralar”ın sabiq rəsmisi bundan sonra eyni funksiyanı “Turan Tovuz”da yerinə yetirəcək. Bundan başqa Nəsibov “Huner Group”un nümayəndəsi kimi “boz qurd”ların İdarə Heyətində təmsil olunacaq.

RƏŞAD