Xaricdə oynayan türkiyəli futbolçular da ölkənin bu çətin günlərində bacardıqları qədər yardım etməyə çalışırlar. Belə oyunçulardan biri karyerasını Niderland təmsilçisi ''Fortuna''da davam etdirən Burak Yılmazdı.
Football-plus.az xəbər verir ki, sosial şəbəkədə bir canlı yayına qatılan təcrübəli forvard bunları deyib:
''Allah niderlandlılardan razı olsun. Bizim ölkə üçün səfərbər olublar. 17-18 milyonluq ölkədi. Amma hər platformada bizdən öndədilər. Sənaye, kənd təsərrüfatı, futbol… Bəzi şeylərdə papağımızı qabağımıza qoyub düşünməliyik. Mənə bu gün ''Qalatasaray''lıların canlı yayınına nə üçün bağlanırsan'' tipli iradlar və bir ton söyüş gəlib. Yayına mən bağlanmayım da kim bağlansın? O kluba 4 ilimi vermişəm. Önəmli titullar qazanmışam. AHBAP fonduna zatən pul köçürmüşəm. Zəlzələ bölgəsinə bir TIR göndərdik. 7 nəfərlik bir ailənin Antalyaya yerləşməsinə yardım etdik. Etdiyim bütün yaxşılıqları storimdə paylaşmaq məcburiyyətində deyiləm. Mən yaxşılığı şou və reklam xətrinə etmirəm! İmzalı formam minimum 50 min lirədən hərraca çıxarılıb. Neçəyə satılacaqsa, o qədərini yenə də yardım fonduna göndərəcəm''.
Daha öncə Burakın 300 min lirə yardım göndərdiyi açıqlanmışdı.