Çantakias “Qəbələ”yə vurduğu qolu kimə həsr edib? - AÇIQLAMA

10.02.2023 15:55 228
Premyer-liqa
"Zirə" - "Qəbələ" görüşündə meydan sahiblərinin futbolçusu Dmitrios Çantakias 15-ci dəqiqədə hesabı bərabərləşdirdi.

Football-plus.az xəbər verir ki, sonra qol sevincini ehtiyat oyunçular skamyası önündə dayanıb öpüş göndərməklə qeyd etdi. Futbolçunun bu jesti kimə ünvanlanmışdı?

Bunu "qartallar"ın müdafiəçisindən soruşduq:

"Sadəcə, qol sevincimi qeyd etmək istədim. Öpüş kiməsə ünvanlanmamışdı".

ABDULLA İSMAYILOĞLU