• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” zəlzələnin kölgəsində italiyalı ulduzu transfer etdi

Dünya futbolu

10-02-2023, 12:0

İnamla turnir cəvəlinə başçılıq etməsinə və tarixinin 23-cü çempionluğuna doğru irəliləməsinə baxmayaraq “Qalatasaray” heyətini önəmli oyunçularla gücləndirməkdə davam edir.

Football-plus.az xəbər verir ki, İstanbul nəhəngi indi də “Roma” və İtaliya yığmasının üzvü Nikolo Zanyolonu transfer edib.

23 yaşlı yarımmüdafiəçi srağagün xüsusi təyyarə ilə Türkiyəyə gəlib və artıq tibbi müayinədən keçib. Adətən bu cür tanınmış oyunçular Türkiyədə hava limanında böyük izdihamla qarşılanır. Amma ölkədə indi vəziyyət elədi ki, insanlar Zanyolo hayında deyil. Ona görə də bu futbolçu səssiz-sədasız şəkildə qardaş ölkəyə ayaq basıb.

Transferin detallarına gəlincə, Zanyolo ilə 3,5 illik müqavilə imzalanacaq. O, bu mövsümün qalan 4 ayında 1,5 milyon avro qazanacaq. Qalan 3 mövsümün hər birində onun maaşı 3,5 milyon avroya bərabər olacaq. “Cim-Bom” bu keçidə görə “Roma”ya 15 milyon avro ödəyəcək.

Bundan başqa müqavilədə həm klubun, həm də oyunçunun performansına görə dəyişən 5-7 milyon avroluq bonuslar da mövcuddu. Yəni ümumilikdə transfer “sarı-qırmızılar”a təxminən 22 milyon avroya başa gələcək. Amma bu məbləğ qarşı tərəfə hissələrə bölünərək 3-4 il ərzində ödəniləcək.

“Qalatasaray”ın bu qədər rahat şəkildə bu cür böyük maddi yükün altına girməsinin əsas səbəbi odu ki, klub yayda oyunçu satışından böyük gəlir əldə etməyi planlaşdırır. Tək Viktor Nelssonun satışından böyük ehtimalla ən azı 20 milyon avro əldə olunacaq.

Bundan başqa Avropa klublarının hədəfində olan Saşa Boe ilə Lukas Torreyranın da yaxşı qiymətə satılması ehtimalı var. Elə Kərəm Aktürkoğlunu da bu sıraya aid edə bilərik.

Zanyoloya gəlincə, bu futbolçu “Cenoa”, “Fiorentina”, “Virtus Entella” və “İnter”in yetirməsidi. O, peşəkar karyerasının ilk iki ilini “Virtus Entella” ilə “İnter”də keçirsə də, 2018-də transfer olunduğu “Roma”da ulduzu parlamağa başladı. Əsasən mərkəzdə oynayan və oyun qurucusu olan 23 yaşlı futbolçu zədəyəmeyilli olması ilə də diqqət çəkir. O, 2020-nin yanvarında əməliyyat olunaraq 6 aylığa sıradan çıxmışdısa, 2020/21-i ümumiyyətlə boşa vermişdi. Ötən mövsümü uğurlu keçirən Zanyolo hətta finalda “Feyenoord”a vurduğu qələbə qolu ilə “Roma”ya Konfrans Liqasını qazandırmışdı. Bu mövsüm isə “Roma” ilə 2024-cü ilə qədər olan müqaviləsini yeniləməkdən boyun qaçırması və nisbətən zəif performans sərgiləməsi üzündən onun üçün son aylar əsil kabus kimi keçdi. Yanvarın 12-də ölkə kubokunda “Cenoa”ya qarşı matçda öz fanatları tərəfindən fitə basılan Zanyolonun tərəfini Jozü Mourinyo tutmuşdu. Amma həmin oyun bu futbolçunun “canavarlar”ın heyətində keçirdiyi son qarşılaşma oldu! Ardından zədəsini bəhanə edib oyunlara çıxmaq istəməyən Zanyolo əsas komandadan kənarlaşdırıldı. “Bornmut” onun üçün bonuslardan savayı 30 milyon avro ödəməyə hazır olsa da, futbolçu təklifi geri çevirməklə “Roma”nı və fanatları bir qədər də əsəbləşdirdi. Hətta yanvarın 29-da fanatların hücumuna məruz qalaraq ölüm təhdidləri almağa başladı. “Roma” “Milan” və “Lids” ilə maddi məsələlərdə anlaşa bilməyincə, çoxları Zanyolonun komandada qlacağını düşünürdü. Elə o özü də səhvə yol verdiyini deyərək qalmaq istədiyinə işarə vurdu. Amma fevralın 4-də “Fənərbvaxça” ilə “Qalatasaray”dan rəsmi təklif gəldi. Sonda bu mübarizədən “Aslan” qalib ayrıldı.

İtaliya mətbuatının yazdığına inansaq, müqaviləyə Zanyolonun tələbi ilə 30 milyon avroluq satış maddəsi qoyulub. O, 2019-dan bu yana şərəfini qoruduğu İtaliya yığmasında isə 11 oyun keçirib və 2 qol vurub.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-08-2022, 21:0

“Qalatasaray” iki ulduzu transfer etməyə yaxındı

Dünya futbolu

10-09-2022, 15:0

''Qalatasaray''ın yeni transferlərinin maaşı bəlli oldu

Dünya futbolu

30-01-2023, 11:0

"Qalatasaray" bu futbolçu üçün 5,5 milyon avro tələb edir

Dünya futbolu

16-07-2022, 16:0

Məsut Özilin yeni klubu ilə müqaviləsinin detalları

Dünya futbolu

19-09-2022, 14:0

“Roma” futbolçusu ilə anlaşa bilmir

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə