"Qarabağ" "Ferentsvaroş" matçının biletləri satışda

30.07.2022 19:38 654
Çempionlar Liqası
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Ferentsvaroş” (Macarıstan) oyununun biletləri sabah - iyulun 31-i saat 11:00-dan satışa çıxarılacaq.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11.00-dan 20.00-dək);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11.00-dan 20.00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (11.00-22.00).