Premyer-liqanın 20-ci turuna təsadüf edən “Səbail” – “Kəpəz” qarşılaşmasından sonra qonaqların azarkeşi bıçaqlandı. Xəsarət alan Rahib Ələsgərov 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olundu.
Onun əməliyyatdan sonrakı durumunu öyrənmək üçün “sarı-göylər”in mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq. Klub rəsmisi “Football-plus.az” saytına bunları söylədi:
“Rahib artıq xəstəxanadan buraxılıb. Onun əməliyyat xərci dövlət tərəfindən qarşılanıb. Buna baxmayaraq, klub rəhbərliyi daim onu diqqətdə saxladı, istər əməliyyat zamanı, istərsə də ondan sonra klubun İdarə Heyətinin sədri İlqar Nadiri yanında oldu. Rahib artıq Gəncəyə qayıdıb. Srağagün keçirilən “Kəpəz-2” – “Zirə-2” oyununda stadionda idi”.
RƏŞAD
"Kəpəz"in bıçaqlanan azarkeşindən XƏBƏR VAR
Aktual




