"Sabah" klubu təqdirəlayiq addım atıb.
Football-plus.az xəbər verir ki, "bayquşlar" qardaş Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlar üçün dəstək göndərib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, bu, yardımın ilk partiyası olub. “Soldati Di Sabah” fanklubunun başlatdığı yardım kampaniyasına klub, futbolçular və əməkdaşlar da dəstək veriblər.