Cokoviç bunu bacaran 2-ci tennisçidi

1.02.2023 20:15 234
İdman
Cokoviç tennis tarixində bir “Böyük dəbilqə” turnirində 10 kubok qazanan 2-ci oyunçudu.

Football-plus.az xəbər verir ki, o, Avstraliyada 10 dəfə finala çıxıb və hamısında qələbə qazanıb! 4 dəfə Marreyi, 2 dəfə Nadalı, 1 dəfə Sonqanı, Timi, Medvedevi və Sisipası məğlub edib.
Cokoviçin “Australian Open”də bütün finalları
il rəqib hesab
2008 Jo-Vilfred Sonqa (Fransa) 4:6, 6:4, 6:3, 7:6 (7:2)
2011 Endi Marrey (B.Britaniya) 6:4, 6:2, 6:3
2012 Rafael Nadal (İspaniya) 5:7, 6:4, 6:2, 6:7 (5:7), 7:5
2013 Endi Marrey (B.Britaniya) 6:7 (2:7), 7:6 (7:3), 6:3, 6:2
2015 Endi Marrey (B.Britaniya) 7:6 (7:5), 6:7 (4:7), 6:3, 6:0
2016 Endi Marrey (B.Britaniya) 6:1, 7:5, 7:6 (7:3)
2019 Rafael Nadal (İspaniya) 6:3, 6:2, 6:3
2020 Dominik Tim (Avstriya) 6:4, 4:6, 2:6, 6:3, 6:4
2021 Daniil Medvedev (Rusiya) 7:5, 6:2, 6:2
2023 Stefanos Sisipas (Yunanıstan) 6:3, 7:6 (7:4), 7:6 (7:5)
Bir turnirdə qələbə sayına görə Cokoviçdən irəlidə olan yeganə tennisçi Nadaldı.

İspaniyalı ulduz 14 dəfə “Rolan Qarros”un qalibi olub. Bu göstəricidə ilk “3-lüy”ü karyerası boyunca 8 dəfə “Uimbldon”u qazanan Federer qabaqlayır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul