Pol Poqba yayda “Yuventus”dan ayrıla bilər.
İtaliya klubunun yarımmüdafiəçi ilə yolları ayırmağı planlaşdırması ilə bağlı xəbəri “Daily Mail” qəzeti yayıb. İngiltərə nəşrinin yazdığına görə, rəhbərlik fransalı futbolçunu satmağı və ya onunla müqaviləyə xitam verməyi düşünür.
DÇ-2018-in qalibi olan Poqba 2022-ci ilin yayında “Manşester Yunayted”dən “Yuventus”a keçib. O, ciddi zədə səbəbindən indiyədək rəsmi oyunda meydana çıxa bilməyib.