Marner 60 xal toplamağa adət edib

6.02.2023 12:18 240
İdman
Milli Hokkey Liqasında son iki gündə iki oyun keçirildi.

Football-plus.az xəbər verir ki, “Toronto”nun evdə “Boston”a 2:5 uduzduğu oyunda kanadalıların forvardı Mitç Marner fərqləndi və cari mövsümdə xal sayını 60-a (19+41) çatdırdı.

Marner “Toronto” tarixinə ən azı 7 mövsümdə 60 xal toplamağı bacaran 4-cü oyunçu kimi düşdü.

Bu mənada rekord 12 mövsümdə 60 xal həddinə çatan Mats Sundinə məxsusdu.

2-ci yerdə Deril Sittler (9) qərarlaşıb, Marnerlə yanaşı, Rik Vayvın da hesabında 7 belə mövsüm var.