MHL-də “Toronto”nun forvardı Mitç Marner “Kalqari” üzərindəki qələbəyə (5:4) 2 (1+1) xalla töhfə verməklə ardıcıl xal qazandığı oyunların sayını 22-ə çatdırdı.
Football-plus.az xəbər verir ki, 25 yaşlı hokkeyçi 21-ci əsrdə ən uzun xal seriyasına görə 3-cü yeri bölüşür.
Cari yüzilliyin rekordu Patrik Keynə məxsusdu (“Çikaqo”, 26 oyun, 2015/16 mövsümü). Sidni Krosbi ardıcıl 25 (“Pittsburq”, 2010/11), Deni Hitli 22 (“Ottava”, 2005/06) oyunda fərqlənib. Bu göstəricidə MHL rekordçusu Ueyn Qretskidi (“Edmonton”, 51 oyun, 1983/84).