"Neftçi-2" ilə son yoldaşlıq oyunumuzu da keçirdik. 5:3 hesabıyla qələbə qazandıq. Oyun planında inkişaf var, heyətə cəlb etdiyimiz yeni futbolçuları da sınadıq. Özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Şükürlər olsun ki, komandada ciddi zədəsi olan yoxdu. Qripə yoluxanlar da sağalıb. Yükləmələr fonunda bir qədər yorğunluq var. Onu da bərpa prossesi keçməklə aradan qaldıracağıq. Fevralın 8-də səfərdə "Qarabağ-2" ilə çempionat oyununa köklənmişik. Ümumilikdə 12 günlük Bakı toplanışından razı qaldım. Çempionata 85-90 faiz hazırıq".
ABDULLA İSMAYILOĞLU





