Beş gündən sonra 1-ci divizionda ikinci dövrə start götürəcək.
Görəsən, "Zaqatala" ikinci yarıya hazırdı? "Football-plus.az" saytı olaraq bu suala aydınlıq gətirmək üçün komandanın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxladıq:
"Səfərdə iki yoxlama matçı keçirdik. "Kəpəz-2" ilə 2:2, "Qəbələ-2" ilə 3:3 hesablı heç-heçələr etdik. Amma “çempionata tam hazırıq” desəm, düzgün olmaz. Çünki az yoxlama oyunları keçirdik, istədiyimiz futbolçuları heyətə cəlb edə və komandanı tam komplektləşdirə bilmədik. Yeganə sevindirici məqam futbolçuları fiziki hazırlığının normal olmasıdı. Məşqləri davam etdiririk. Heyətin komplektləşməsi və oyun fəlsəfəmizin formalaşması ən 3-4 çempionat oyunundan sonra bəlli olacaq. Bildiyiniz kimi, biz ev komandası kimi tanınırıq. Bu mövsüm doğma publika önündə hələ uduzmamışıq. Çempionatın 2-ci yarısında səfər sondromunu aradan qaldırmaq istəyirik. Çalışacağıq səfər oyunlarında özümüzü daha yaxşı tərəfdən göstərib xallar qazanaq".
ABDULLA İSMAYILOĞLU