“Neftçi”nin sabiq futbolçusu yenidən Azərbaycanda çıxış edə bilər – ÖZƏL

3.02.2023 21:23 3 131
Premyer-liqa / Manşet
“Sumqayıt” heyətini gücləndirməyi planlaşdırır.

Football-plus.az xəbər verir ki, Edson Kastilo “kimyaçılar”a təklif olunub. Hazırda azad agent olan müdafiəçi Venesuela millisinin üzvüdü.

Kastilo karyerası ərzində “Mineros”, “Neftçi”, “Puerto-Kavelo”, “Monaqas”, “Zaqatepeç”, “Karakas” kimi klublarda çıxış edib.

28 yaşlı müdafiəçi “ağ-qaralar”ın heyətində 20 matçda meydana çıxıb. Bu görüşlərdə 1 məhsuldar ötürmə edib.

Venesuela yığmasının heyətində 6 qarşılaşmada 1 qol vurub.

İLKİN SULTANLI