Masazırda açılan pankart “Neftçi”nin durumuna işarədi - AÇIQLAMA

30.01.2023 11:04 387
Premyer-liqa / Manşet
Premyer-liqanın 19-cu turunda “Sabah” “Neftçi”ni qəbul etdi və qələbə qazandı.

Football-plus.az xəbər verir ki, “Forza Neftçi” azarkeş qrupunun əyləşdiyi sektorda açdığı pankartı hər kəs maraqla qarşıladı. Belə ki, qrup üzərində batan gəmi təsvir olunan pankart açmışdı. Həmçinin onun üzərində “Təbriklər, axır ki “Neftçi”ni batırdıq!” yazılmışdı.

Maraqlıdı, “Forza” bununla nəyə işarə vurub? Suala cavab tapmaq üçün “Neftçi”nin azarkeşlərlə əlaqələndiricisi Aqil Məmmədquliyevlə əlaqə saxladıq:

“Hazırkı durumdan nə futbolçular, nə rəhbərlik, nə məşqçilər heyəti, nə də azarkeşlər razıdı. Məşqçilər heyətini tam səmimi deyə bilmirəm, çünki onlarla söhbətim olmayıb. Amma başqaları narazıdı. “Sabah”la matçda açılan pankart da komandanın ümumi vəziyyəti, göstərdiyi nəticələr ilə bağlı idi. Kubda fərqli sahədə çalışanlara da bu durum çox pis təsir edir. Problemlər çoxdu, yəqin ki, həll etmək mümkün olar”.


ŞAİR ABDULLA