“Qəbələ”nin forvardı kollektivdən ayrı düşüb - AÇIQLAMA

29.01.2023 12:51 367
Premyer-liqa / Manşet
19-cu turda “Kəpəz”in qonağı olan “Qəbələ” ilk hissənin son dəqiqələrində əsas hücumçusu Ramon Maçadonu zədə səbəbindən itirdi.

Onsuz da “qırmızı-qaralar” heyətlə bağlı çətinliklə üzləşib. Baş məşqçisi Elmar Baxşıyev son açıqlamalarında “yeni qana” ehtiyac duyduqlarını dəfələrlə söyləyib. Belə vəzyyətdə braziliyalı forvardın zədələnməsi baş məşqçini qayğılandırmaya bilməz. Görəsən, Maçado fevralın 1-i “Sabah”la matçda meydana çıxa biləcək? Bu suala aydınlıq gətirmək üçün “Qəbələ”nin mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq.

Klub rəsmisi “Football-plus.az”a açıqlamasında forvardın durumu barədə bunları söylədi:
“Maçado hazırda komandadan ayrı, fərdi məşq edir. Onun durumunun necə olacağı qarşıdakı günlərdə bəlli olacaq. Bu üzdən onun “Sabah”la oyunda meydana çıxıb-çıxmayacağı dəqiq bilinmir”.

RƏŞAD