“Neftçi” Portuqaliyanın “Arouka” klubu ilə futbolçumuz Yusuf Lavalın satışı ilə əlaqədar rəsmi danışıqlara başlayıb.
Football-plus.az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Nigeriyalı yarımmüdafiəçi bu gün komandanın düşərgəsindən ayrılaraq Bakıya dönəcək. O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək.
Yusuf Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq və sonra bu barədə ictimayyətə ətraflı məlumat veriləcək.