• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Beşiktaş”a yenidən çempion olmağa gəlmişəm”

Dünya futbolu

27-01-2023, 21:0

“Beşiktaş”a 3-cü dəfə gələn və 2,5 illik müqaviləyə imza atan Vensan Abubakar üçün srağagün imza mərasimi keçirildi.

30 yaşlı kamerunlu forvard jurnalistlərin suallarını cavablayarkən fanatları da maraqlandıran mühüm bir məsələyə toxundu. Bilindiyi kimi o, klubdakı 2-ci dönəmində, yəni 2020/21-də son 6 turda meydana çıxmamış və bu addımı söz-söhbətə səbəb olmuşdu. Çünki həmin vaxt müqavilədəki şərtə görə qaradərili futbolçu 30-cu rəsmi oyununa çıxacağı halda müqaviləsi avtomatik yenilənəcəkdi. Bir müddət öncə klubun o dönəmdəki çalışdırıcısı Sərgən Yalçın da bu məsələ haqda danışarkən futbolçunun qalan görüşlərdə bilərəkdən oynamadığına işarə vurmuşdu. Abubakarı dinləyək:

“Bura mənim evimdi və qayıtdığıma görə xoşbəxtəm. Keçmişdəki xoş günləri təkrarlamağa və komandaya fayda verməyə hazıram. Fikrimcə, 2020/21 mövsümündə zədəmlə bağlı yaşananlara aydınlıq gətirməyin tam zamanıdı. Həmin vaxt mövsümün sonuna yaxın yığmadan zədəli şəkildə qayıtdım. Bir müddət müalicə olundum. Amma fədakarlıq etməli oldum və tam sağalmadan “Sivasspor”la oyuna çıxdım. Çünki çempionluq yolunda önəmli bir qarşılaşma idi. Ağrılarla oynadım və 45-ci dəqiqədə əzələndim. Düzdü, bu mənim 29-cu rəsmi oyunum oldu və 30-cu rəsmi oyunumda müqaviləmin müddəti artacaqdı. Amma sonrakı matçlarda oynamamağım bununla bağlı deyil. Ağrılarım azalmadı. Problem yalnız bunda idi. Sonra da başqa klubla anlaşdım. Sərgən Yalçınla aramızda heç bir problem yoxdu. Ona böyük hörmətim var. Sadəcə, ona dedim ki, yaxşı şərtləri olan başqa bir təklif almışam. Fiziki cəhətdən yaxşı durumdayam. Amma kimin oynayacağına məşqçimiz qərar verir. Burda yaşadığım ilk çempionluğu, eləcə də avrokuboklardakı uğurlu performansımızı gözəl xatırlayıram. Burda hər kəs mənə böyük sevgi və hörmət ilə yanaşır. Oyunumla buna qarşılıq vermək istəyirəm. Həm fanatlar, həm də əvvəldən burda tanıdığım oyunçular üçün darıxmışdım. Onlardan biri də Nəcip Uysaldı. N”Kudu və Rozye ilə də çox yaxınam. Onlara ailəmin bir üzvü kimi baxıram. Futbol dəyişkən bir oyundu. Hər şey çox tez dəyişir. Əvvəlki iki dönəmimdə olduğu kimi, bu dəfə də bura çempionluq yaşamaq üçün gəlmişəm. “Əl-Nəssr”də komanda yoldaşım olan Talişka ilə bura gəlməsi barədə danışmamışam. Təbii ki, gəlmək fikri olsa, mən də böyük məmnunluqla bura dəvət edəcəm. Premyer-liqadan da, başqa yerlərdən də təkliflər var idi. Amma buranı yaxşı tanıdığım üçün “Beşiktaş”a gəlməyə üstünlük verdim. Sonuncu dəfə vidalaşarkən də bunu elə etmişdim ki, bir gün yenidən qayıda bilərəm. “Fənərbaxça”nın da marağı var idi. Menecerimlə əlaqə qurmuşdular (hərçənd “Fənərbaxça” düşərgəsi Abubakarın menecerinin onlarla əlaqə saxladığını iddia edir – Ə.R.). Amma Türkiyədə yalnız “Beşiktaş”da oynaya bilərəm. Bu kluba qarşı tam başqa hisslərim var. Digər nəhənglərə böyük hörmətim var. Amma Türkiyədə başqa kluba keçmək mən tərəfdən “Beşiktaş”a xəyanət olardı. 12-ci oyunçumuz olan fanatların önündə oynamağı səbirsizliklə gözləyirəm. Burdakı azarkeşlərlə Səudiyyə Ərəbistanındakı fanatları heç müqayisə etmək də düzgün deyil”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-01-2023, 13:0

''Beşiktaş'' 3-cü dəfə Abubakara qovuşdu

Dünya futbolu

15-01-2023, 11:0

"Beşiktaş" hücumçu axtarışında

Dünya futbolu

3-07-2022, 15:0

Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi

Dünya futbolu

17-01-2023, 23:0

Abubakar yenidən "Beşiktaş"da

Aktual
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Son xəbərlər
  • Bu gün, 00:16
    Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
  • Dünən, 23:53
    Azərbaycan şahmatı: uğur, yoxsa uğursuzluq?
  • Dünən, 23:26
    Azərbaycan derbisinə bilet alacaq azarkeşlərin diqqətinə!
  • Dünən, 22:58
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 22:28
    Burak Yılmazdan gələcəyi ilə bağlı yeni qərar
  • Dünən, 21:57
    "Üç xal qazandığımız üçün sevincliyik" - Saşa İliç
  • Dünən, 21:27
    "Azarkeşlərdən bu nəticələrə görə üzr istəyirik" - Kaxaber Sxadadze
  • Dünən, 20:57
    Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
  • Dünən, 20:26
    ''Fənərbaxça'' Edersonun menecerini İstanbula çağırdı
  • Dünən, 19:55
    "Kəpəz" uduzdu, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 19:26
    “Turan” ölkə çempionu oldu
  • Dünən, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Dünən, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Dünən, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Dünən, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Dünən, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Dünən, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Dünən, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Dünən, 13:55
    Nərimanın komandası uduzdu
  • Dünən, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Dünən, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Dünən, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Dünən, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Dünən, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 10:59
    25 illik həsrətə son qoydular
  • Dünən, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Dünən, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Dünən, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • 18-04-2026, 23:0
    “Real”ı kimlər tərk edəcəklər?
  • 18-04-2026, 23:0
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • 18-04-2026, 22:0
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • 18-04-2026, 22:0
    Dilinin bəlasına düşdü
  • 18-04-2026, 22:0
    “Liverpul”u tərk etməyəcək
Daha çox
Oxunub: 381
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 258
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 247
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 232
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 173
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 159
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə