Azarkeşlər "Qarabağ"ın rəqibini ziyana saldı

27.01.2023 17:17 217
Dünya futbolu
Belçika Futbol Assosiasiyası "Gent"i cərimələyib.

Football-plus.az xəbər verir ki, buna səbəb "Brügge" ilə ev matçında azarkeşlərinin priotexniki vasitələrdən istifadə etməsi və təhqiredici şüarlar səsləndirməsi olub. Klub qurum tərəfindən 1500 avro cərimələnib.

Qeyd edək ki, "Gent" həmin görüşdə "Brügge"ni 2:0 hesabı ilə məğlub etmişdi.